backend

Gürcüstan xarici kəşfiyyat xidmətinin rəhbəri Qarabağ məsələsinə görə parlamentə çağırıldı

Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq.

KONKRET.az xəbər verir ki, müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq. Bu barədə gürcü KİV-ləri bildirir.

Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək. Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*