Gürcüstanda görünməyən statistika: Son sutka ərzində…backend

Gürcüstanda görünməyən statistika: Son sutka ərzində...

Gürcüstanda son sutka ərzində koronavirusa 8 yeni yoluxma halı təsdiqlənib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 906-ya çatıb. Onların 755-i sağalıb, 14-ü isə vəfat edib. Aktiv koronavirus xəstələrinin sayı 137 nəfər təşkil edir.

Hazırda ölkə üzrə karantində 2 710, stasionar nəzarətdə isə 269 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*