Gürcüstanda mikroavtobus dərəyə aşdı – 18 nəfər xəsarət aldıbackend

Gürcüstanda mikroavtobus dərəyə aşdı - 18 nəfər xəsarət aldı

Gürcüstanın mərkəzində Xaşuri-Surami yolunda mikroavtobusun iştirakı ilə baş verən qəzada ən azı 18 nəfər xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Gürcüstanın “Rustavi 2” televiziya kanalı xəbər verib.

Bildirilib ki, Zuqdididən Tbilisiyə gedən sərnişin mikroavtobusu hündürlükdən dərəyə aşıb.

Bütün sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, onlar xəstəxanaya çatdırılıb. Üç nəfərin vəziyyətinin ağır olduğu bildirilib. /trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*