“Ukrayna hakimiyyətinin bu kədərli qərarı Gürcüstanı hərbi münaqişəyə cəlb etmək üçün koordinasiya olunmuş hərəkətlərin ifadəsidir, biz buna imkan verməyəcəyik”.
KONKRET.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Zelenskinin Gürcüstandakı səfirin geri çağırılması haqqında qərarı şərh edərkən söyləyib.
O qeyd edib ki, bu qərara səbəb Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etməsi olub. Lakin Moldova, Türkiyə, Azərbaycan və İsrail kimi ölkələr də məhdudlaşdırıcı tədbirlərdən imtina ediblər, lakin oradakı səfiri geri çağıran olmayıb.
Lətif.A.
KONKRET.az.
