Gürcüstanın din xadimləri Azərbaycandabackend

Gürcüstanın din xadimləri Azərbaycanda

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Bu barədə KONKRET.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər səfirliyin təşkilatçılığı və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Bildirilib ki, nümayəndə heyətinin səfəri may ayının 23-dək davam edəcək.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Bakıda təşkil olunacaq şəhər turunda iştirak edəcəklər.

Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Şuşa şəhərlərinə səfər edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*