Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.
KONKRET.az xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.
Qeyd edək ki, Hacı Şahin Həsənli martın 3-də səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.
***
15:07
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi başa çatıb.
KONKRET.az xəbər verir ki, onun cənazəsi dəfn olunması üçün Məşədi Dadaş məscidindən götürülüb.
Ş.Həsənli yaxın saatlarda “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
***
10:22
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.
KONKRET.az-ın məlumatına görə, “Əjdərbəy” məscidinin icma sədri, Hacı Həmdüllah Babayev bildirib ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.
***
09:47
Bu gün 48 yaşında vəfat edən ilahiyyatçı Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.
KONKRET.az xəbər verir ki, onunla vidalaşmaq istəyənlər Məşədi Dadaş məscidinə toplaşır.
Onun harada dəfn olunması barədə ailəsi qərar verəcək.
Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.
Bakutv-nin canlı yayımı təqdim edirik:
