backend

Hacıqabulda avtomobil aşdı - Ata öldü, oğul yaralandı

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 3-də saat 17 radələrində Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.

Nəticədə, sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*