Haitidə keçmiş senator və qardaşı oğlu maşında yandırılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, senator və qardaşı oğlunun yanmış cəsədləri paytaxt Port-o-Prensin yaxınlığındakı Laboule qəsəbəsində tapılıb.
Hadisənin ölkədə ərazilərə nəzarət etməyə çalışan dəstə tərəfindən törədildiyi təxmin edilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Haitidə iyulun 24-də dəstələr arasında baş verən silahlı qarşıdurma nəticəsində 21 nəfər həyatını itirib.
Hadisələr prezident Jovenel Moizenin silahlı şəxslər tərəfindən güllələnməsinin ildönümündən bir gün sonra başlayıb. Moize öldürüləndən bəri silahlı dəstələr ölkədə ərazilərə nəzarət uğrunda mübarizə aparır.
İqbal Rzayev,
KONKRET.az
