Hakan Fidandan Ermənistana sərt XƏBƏRDARLIQbackend

Hakan Fidandan Ermənistana sərt XƏBƏRDARLIQ

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistana xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, “A Haber” kanalına müsahibəsində danışıb.

O qeyd edib ki, Qərbin İrəvanı silahlandırması Ermənistan üçün yaxşı heç nə vəd etmir.

“Biz Ermənistanla normallaşmaya hazırıq, lakin bunun yolu Ermənistanı silahlandırmaqdan keçmir, bunun sonunda itirən Ermənistan ola bilər”, – Hakan Fidan deyib.

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycanın maraqları və təhlükəsizliyini Cənubi Qafqaz siyasətində hər zaman bir nömrəli prioritet hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*