Sentyabrın 26-da anonim istifadəçi Avstraliyanın “Optus” mobil operatorunun 10 min istifadəçisinin məlumatlarını dərc edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, gündəlik daha 10 min istifadəçinin məlumatlarını dərc etməklə hədələyərək şirkətdən 1 milyon dollar tələb edib.
Ancaq bu gün səhər o, yazı silib və üzr istəyib.
Qeyd edək ki. Avstraliyanın ikinci ən böyük mobil operatoru olan “Optus” keçən həftə 10 milyon istifadəçi məlumatının hakerlər tərəfindən oğurlandığını bildirib.
Məlumatlara ev ünvanları, pasport, sürücülük vəsiqəsinin nömrələri, tibbi sığorta və s. daxildir.
Avstraliya polisi və digər hüquq-mühafizə orqanları ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilə əməkdaşlıq edərək araşdırma aparır.
İqbal Rzayev,
KONKRET.az
