Britaniya polisi Londonun “Hitrou” hava limanında tapılan uran paketi ilə bağlı araşdırmaya başlayıb.
KONKRET.az “The Sun“a istinadən xəbər verir ki, bağlama dekabrın 29-da sərhədçilər tərəfindən aparılan adi axtarış zamanı tapılıb.
Nəşr bildirib ki, Pakistandan çıxan paket Oman üzərindən Britaniyaya gətirilib.
Polisdən verilən məlumata görə, metal qırıntılarında aşkar edilən uranın miqdarı azdır və ictimaiyyət üçün təhlükə yaratmır.
Məsələ ilə bağlı istintaq davam edir.
İqbal Rzayev,
KONKRET.az
