Hava xəbərdarlığı: Aprelin 21-dək…backend

Hava xəbərdarlığı: Aprelin 21-dək...

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*