Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan və arabir güclənən külək bu gün günortadan sonra zəifləyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O, bildirib ki, günortadan sonra mülayim şimal-şərq küləyi əsəcək.
“Mülayim şimal-şərq küləyi avqustun 2-si gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək”, – deyə o vurğulayıb.
