“Hazırda ermənilər 1980-90-cı illərdə azərbaycanlıların elədiyi bütün səhvləri bir-bir təkrarlayır” – İlqar Məmmədovbackend

"Hazırda ermənilər 1980-90-cı illərdə azərbaycanlıların elədiyi bütün səhvləri bir-bir təkrarlayır" - İlqar Məmmədov

“Hazırda ermənilər 1980-90-cı illərdə azərbaycanlıların elədiyi bütün səhvləri bir-bir təkrarlayır. Bu səhvlər içində “filan rayon satıldı” kimi ittihamlar aparıcı yer tutur. Tam bizdəki kimi… Hamı satqın axtarır”.

KONKRET.az xəbər verir ki, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

“O vaxt bizdə əksər insanlar anlamaq istəmirdi ki, ermənilərin irəliləməsi onların həmin anda olan daha böyük siyasi təcrübəsi ilə bağlı idi. İndi də ermənilər həzm edə bilmir ki, Azərbaycan illər ərzində siyasi təcrübə və hərbi-texnoloji baxımdan üstünlük əldə edib, geosiyasi məqamı tutub, yüksək əqli motivasiyaya sahiblənərək qələbə qazanıb. Bu üstünlüyü itirmək asandır. Güney Qafqazın üç ölkəsi dərin iqtisadi inteqrasiya qurmayınca və onlar arasında siyasi münasibətlər dərin iqtisadi kök üzərində yetişməyincə öldürücü yarış təəssüf ki, davam edəcək. Siyasi rəqiblərinə qarşı xalq içində şübhə qızışdıranların ənənəsinə təslim olduğumuz anda yenə məğlub tərəfə çevrilə bilərik” – İ.Məmmədov qeyd edib. /Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*