Həbs edilən polkovniklər hakim qarşısına çıxarılırbackend

Həbs edilən polkovniklər hakim qarşısına çıxarılır

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri -Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işləri ayrı-ayrılıqda icraata verilib.

İş Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, polkovniklər-Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*