KONKRET.az-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, mütəşəkkil cinayətkar təşkilat yaratmaq və idarə etmək ittihamı ilə həbs olunan Adnan Oktarın həbsxanadan bəzi qadın mütəhhimlərə məktublar göndərdiyi ortaya çıxıb. Məhkəmə müzakirələri vaxtı həbs olunmadan göz altına alınan Beril Koncagülə Adnan Oktar tərəfindən 27 məktub və faks göndərilib.
Şeir və Quran ayələrindən bəhs edən məktublarda 2019-cu ilə diqqət çəkilib. Adnan Oktar 4 Noyabr 2018-ci il tarixli məktubunda Fatır surəsinin 10-cu ayəsindən və Nur surəsindən sitat gətirib. Ayələrdə qurtuluş və çıxışdan bəhs olunur. “2019-da Türkiyə daha gözəl və daha mükəmməl olacaq İnşallah”. 24 dekabr 2018-ci il tarixli məktubunda “2019, bərəkətli görünür” yazan Oktar, “2019, 2020, 2021 ən əhəmiyyətli illər ola bilər, sonra 2023, 2053, 2071 və 2082” ifadəsini işlədib.
Məktubların bəzi hissələrində pişik və it şəkilləri və cizgi filmlərini də görmək olar.

