backend

Həbsdə ölən keçmiş icra başçısının oğlundan AÇIQLAMA

Xəbər verdiyimiz ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev həbsxanada vəfat edib.

KONKRET.az  xəbər verir ki, sabiq başçının oğlu Ramin Quliyev Modern.az-a açıqlamasında atasının COVID-19-dan dünyasını dəyişdiyini deyib.

Danışmaqda çətinlik çəkən R.Quliyev deyib ki, atası sabah Goranboyun Tapqaraqoyunlu kəndində dəfn olunacaq:

“Mövcud vəziyyətlə əlaqədar dəfndə yalnız yaxınlar iştirak edəcək”.

Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

19 dekabr 2019-cu il tarixində DTX tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər cinayətlərdə təqsirləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*