Həbsxanaya qəndin içində narkotik keçirilməsinin qarşısı alındıbackend

Həbsxanaya qəndin içində narkotik keçirilməsinin qarşısı alındı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən KONKRET.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nişad Abbas oğlu Musayevə atası Göyçay rayon sakini Abbas Sabir oğlu Musayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı kəllə qəndlərin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,636 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 0,684 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*