HƏMAS getməyə hazırlaşır – Nə baş verir?backend

HƏMAS getməyə hazırlaşır - Nə baş verir?

Qəzza sektorunda yeni administrasiyanın formalaşdırılması prosesində əsas maneə onun hələ də ərazidə deyil, Qahirədə fəaliyyət göstərməsidir. Texnokratlardan ibarət idarəetmə komitəsi yanvarın 14-də yaradılıb, lakin üzvləri indiyədək Misirin paytaxtında qalırlar.

KONKRET.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, HƏMAS yeni administrasiyada mütləq təmsil olunmaqda israr etmir. Bununla belə, hərəkat Fələstinin siyasi həyatında iştirakını davam etdirmək və müstəqil Fələstin dövləti yaradılanadək İsrailə qarşı müqaviməti sürdürmək niyyətindədir. Hakimiyyətin təhvil verilməsi gözlənildiyi üçün təşkilat daxilində yeni təyinatlar və vəzifə artımları müvəqqəti dayandırılıb.

Silahsızlanma məsələsinə gəldikdə isə, HƏMAS polis xidməti və digər təhlükəsizlik strukturlarına məxsus minlərlə atıcı silahı təhvil verməyə hazır olduğunu bildirib. Lakin hərəkatın hərbi qanadının silahsızlaşdırılması ilə bağlı rəsmi şəxslər konkret mövqe açıqlamayıblar.

Martın sonunda Reuters аgentliyi xəbər vermişdi ki, “Sülh Şurası” HƏMAS-a regionda silahsızlanmanı nəzərdə tutan səkkiz aylıq plan təqdim edib. Plan çərçivəsində yeraltı tunel şəbəkəsinin məhv edilməsi də nəzərdə tutulur.

Son məlumatlara əsasən, İsrail HƏMAS-ın silahsızlanmadan imtina etməsindən sonra Qəzza sektorunda hərbi əməliyyatları bərpa etməyə hazırlaşır. Bildirilir ki, mümkün əməliyyatların başlanması üçün son tarix gələn ayın əvvəlinə təyin edilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*