Hər gün minlərlə azərbaycanlı İrana keçir, əllərinə keçəni daşıyıb gətirir…backend

Hər gün minlərlə azərbaycanlı İrana keçir, əllərinə keçəni daşıyıb gətirir...

KONKRET.azbildirir ki, ötən gündən bu günə qədər, təxminən 24 saat ərzində Astara keçid məntəqəsindən İrana 2 mindən çox Azərbaycan vətəndaşının keçdiyi bildirilir. Yeni il ərəfəsində İrana gedənlərin sayının gündən-günə artır. Sərhədyanı ərazidə ticarətlə məşğul olan sahibkarlardan biri yerli jurnalistlərə bunun səbəbini İranda dolların bahalaşması ilə izah edir:

“Bir Amerika dolları 12600 tümən olub. Bir neçə gün bundan əvvəl “qara bazar”da Amerika dolları 17 min tümənə çatdı. Bu 3-4 saat çəkdi. Sonra əvvəlki qiymətə düşdü. İran bazarında isehlak məhsulların qiymətləri tez-tez dəyişir. Qalxanda da az enir. Bu şəkildə malların qiyməti mərhələ-mərhələ qalxır. Tümən Amerika dollarına və Azərbaycan manatına nisbətdə düşməkdə davam edir. İranlılar üçün malların qiyməti qalxsa da, bizim üçün sərfəlidir. Bizim pul bahalaşır, axı ”

O deyir ki, İrana gedən Azərbaycan vətəndaşların əllərinə nə keçir gətirirlər:

“İndi daha çox elektrik avadanlığı gətirirlər. Xüsusən süddən yağ əldə etmək üçün maşın var, ondan gətirirlər. Balıq və ət məhsulları da var. Əsasən şəxsi istifadə üçündür. Dərman da gətirirlər. Yuyucu tozlar, sabun, konfetlər və sair məhsullar var. İran Astarasında bir tanışım var, əlaqə saxlayırıq.O deyirdi ki, Azərbaycandan gələnlər Amerika dolları çox gətirərdilər, indi azalıb. Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrindən bura gəlib onlardan mal alırlar ”

Yaşlı bir qadın isə deyir ki,İrana bazarlığa gedib, lakin ona sərf etməyib:“Pensiyamı aldım, İrana bazarlığa getdim. Əsasən ərzaq almışam. Düyü, un, qənd, toyuq əti. Hərəsindən bir az. Mənə dəyib dolaşan olmadı. Məndə nə var axı? İranda da, burda da kömək etdilər. Bizim kimi adamlara sərf etmir. Saatlarla növbəyə durmuşam, xəstələnməsəm yaxşıdır. Alverçilərə sərf edir.”

Orta yaşlı bir kişi çiyninə atdığı yükü çətinliklə aparır. O deyir ki, paltaryuyan maşın alıb: “250 manat qabağa düşmüşəm. Ancaq bunu gətirə bildim…”

Qeyd edək ki, bu gün SSRİ ilə İran arasında sərhədin Naxçıvan hissəsinin sökülməsinin 30 ili tamam olur. Həmin tarix-dekabrın 31-i hər il dünya azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmaqdadır. Lakin təxminən 30 il əvvəl olduğu kimi indi də həmrəylik özünü əsasən İrandan nisbətən ucuz istehlak mallarının daşınıb gətirilməsi ilə  göstərir. İndiki halda isə İran tüməninin ucuzlaşması belə görünür ki, bu həmrəyliyi daha da möhkəmləndirib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*