Türkiyənin Mersin vilayətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.
KONKRET.az xəbər verir ki, “Milliyet”in yazdığına görə, qəza nəticəsində beş hərbçi ölüb, 10 hərbçi xəsarət alıb.
Ölənlərin arasında avtobusu idarə edən sürücü də var.
Yaralılar Mut rayonun mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzanın başvermə səbəbi hələ ki məlum deyil.


Allah o dünyalarını versin.Sağ qalanları Allah pənahında saxlasın.Amin.