Hərbçilərimiz şərti diversantları zərərsizləşdirdi – FOTOLARbackend

Hərbçilərimiz şərti diversantları zərərsizləşdirdi - FOTOLAR

Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*