Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ – Qarşısı alındı backend

Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ - Qarşısı alındı 

Ordumuz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni hərbçilərin qarşısını kəsib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mediaport” erməni teleqram kanalı yazır.

Məlumata görə, Azərbaycan hərbçiləri erməni hərbçilərin Laçın dəhlizindən keçidinə icazə verməyib.

“10 noyabr kapitulyasiya aktında əsgərlərin hərəkəti ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycandır, buna görə də erməni hərbçilərin orada heç bir işi ola bilməz”, – Azərbaycan hərbçiləri ermənilərə belə deyib.

Kanal yazır ki, erməni hərbçilərin olduğu 3 avtobus Gorusdakı “Sünik” (Zəngəzur) restoranının yaxınlığında gözləyirlər.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya sülhməramlılarına müraciət edib, lakin sülhməramlılar bu məsələdə səlahiyyətlərinin olmadığını deyiblər. Ermənistanın hərbi rəhbərliyi də 3 avtobus dolu əsgərlərə Sünikdə gözləmək tapşırığı verib./publika.az/

  • Salimaeyubova
    Dekabr 22, 2020 - 20:58

    Axı erməni hərbiçilərin- özü də 3 avtobus- Azərbaycan torpaqlarlnda nə işi var? Allahım sən böyüksən, güclüsən elə et ku, ermənilərin, onlara havadarlıq edənlərin, şirnikləndirənlərin başı öz dərdlərinə qarışsın. Özləri bir- birini qırsınlar. Onlar qanasusayandırlar, insanların rahat yaşayışına əngəl törədəndirlər. Hər yolla əmin-amanlığı pozmaqdan, insanların dinc yaşsmağına mane olmaqdan həzz alanlardır..Ey böyük Allah, sən özün insanların sağlam, dinc yaşamasına kömək ol. Amin!

    • gunel
      Dekabr 23, 2020 - 07:55

      Amin insallah

  • Şahin
    Dekabr 23, 2020 - 14:01

    Ciddi şəkildə dövlət qanunlarını qorumaq lazımdır .
    Yoxsa bizi lox, maygülü hesab edəcəklər.
    Ermənilərə nəfəs almağa belə imkan verilməməlidir.
    Gəncəyə atdıqları ballistik raketi və Xocalı qətliamını yaddan çıxarmaq olmaz

Salimaeyubova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*