Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah səhər saat 09:00-dan axşam saatlarınadək suyun verilişi dayandırılacaq.
“Məhdudiyyət Sumqayıt şəhərinin 9, 10, 34, 40, 45 və 47-ci məhəllələrini, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək. Bundan əlavə, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar) mikrorayonlarda da su təchizatında fasilə yaranacaq”, – deyə məlumatda qeyd edilib.\\Milli.Az

Bəs su hacan buraxilacag
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bina 21/33 unvanina 1heftedi su gəlmir yalniz qonşulara su gelir men su idrəsinə dəfələrlə dir müraciət etmişəm.yonledririk hell edeciyik deyilir ama ortada hec ne yoxdu suyu hardan alaq ortaligi zibil gotrub gedir hara şikayet edim