Validə Novruzova vəfat edib.
KOKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA) məlumat yayıb.
Bildirilib ki, Assosiasiyanın Protokol və Sənədlərlə iş şöbəsinin mütəxəssisi, kamandan oxatma idman növü üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Validə Firudin qızı Novruzova dünyasını dəyişib.
Allah rəhmət eləsin.
