Hərbi təlimlər başladı, Rusiyanın əzələ nümayişi erməniləri qıcıqlandırdıbackend

Hərbi təlimlər başladı, Rusiyanın əzələ nümayişi erməniləri qıcıqlandırdı

Ermənistan parlamenti Roma Əsasnaməsini ratifikasiya etdikdən dərhal sonra Rusiya “müttəfiqinə” ciddi iradlar bildirməklə yanaşı, baş nazir Nikol Paşinyanın anti-Rusiya mövqeyini də sərt tənqid edib. Dünən Ermənistana satdığı qazın qiymətini artıran Rusiya həm də pul köçürmələr xidmətini də dayandırıb. Rusiyanın Ermənistana qəzəbi bunlarla bitmir. Çox güman ki, iqtisadiyyatının əhəmiyyətli hissəsi Rusiyadan asılı olan Ermənistanı qarşıda daha ciddi sürprizlər gözləyir.

KONKRET.az xəbər verir ki, bu gün Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının bölmələri dislokasiya yerlərində təlim keçirəcək.

Səhər saatlarından başlanan Rusiya hərbi təlimləri həm də Ermənistana mesajdır. Birgünlük təlimlərlə Rusiya “müttəfiqinə” əzələ nümayiş etdirir və Ermənistanın Qərbdəki müttəfiqlərinə də mesaj verir. Bununla Rusiya Ermənistandan asanlıqla çıxmayacağını bir daha bəyan edir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*