İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə nazir “Facebook” hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüşdə qarşılıqlı iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, Azərbaycanla Həştərxan arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb.
