Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcəkbackend

Hidayət Heydərov: Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək

Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək.

KONKRET.az xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov deyib.

Azərbaycan yığmasının lideri bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib:

“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.

Qeyd edək ki, H.Heydərov finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*