Hindistanda COVID-19-a görə müsəlman əhali günahlandırılıb.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Yeni Dehlidə yaşayan bir ərəb bildirib.
O deyib ki, koronavirusun yayılmasından sonra müsəlmanlara qarşı hücumlar artıb:
“Ortada heç bir səbəb olmadan məscidi yandırdılar. Yeni Dehlidə İndoneziyadan gələn müsəlmanların analiz cavablarının pozitiv çıxmasını bəhanə gətirərək, onlarla görüşən hər kəsi həbsə atdılar və işgəncə verdilər. Koronavirusu ölkəyə müsəlmanların gətirdiyini söyləyirlər”.
