Hindistan polisi müsəlmanları vəhşicəsinə döyüb.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hindistanda polis bölməsində müsəlmanların döyülməsinin ilginc kadrları şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub.
Dindarlar Məhəmməd peyğəmbər və İslamla bağlı təhqiramiz şərhlərə etiraz aksiyalarında iştirak etdikləri üçün saxlanılıblar.
Xatırladaq ki, bir neçə gün qabaq Hindistanda hakim milli-radikal hindust partiyası “Bharatya Canata” nümayəndəsi Şarma Hindistan televiziyasında debatlarda çıxış edib və İslam və Məhəmməd peyğəmbər haqqında müsəlmanları təhqir edən bir sıra açıqlamalar verib.
Xuraman Etibarlı,
KONKRET.az
