Hindistanın Kerala ştatında keçirilən festivalda filin izdihamın üzərinə qəfil hücumu nəticəsində 17 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “NDTV” telekanalı məlumat yayıb. Məlumata görə, fil festivala gələnlərdən birini götürərək havada yelləyərək kənara atıb. Həkimlər bildirib ki, onun vəziyyəti olduqca ağırdır. Qalan xəsarət alanların əksəriyyəti xəstəxanaya yerləşdirilib. İdarəolunmaz fili sakitləşdirmək iki saat çəkib.
Vəli Həsənoğlu,
KONKRET.az