Hindistanlı dini lider Yati Sarasvati Məkkəni işğal etməyə və Kəbəni hindu məbədinə çevirməyə çağırış edib.
KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Biz Məkkədə məbədi işğal etməsək, dünyada heç bir güc İslamı zəiflədə bilməyəcək”, – Sarasvati deyib.
Bununla bağlı türkiyəli jurnalist, yazıçı və strateq Hüseyn Hakkı Qəhvəçi sosial media hesabında deyib: “Məkkəni işğal etməyə və birinci qiblə sayılan Kəbəni hindu məbədinə çevirməyə çağıran hindu liderinin sözləri narahatlıq doğurmaya bilməz”.
“Türkiyədən Fələstinə gedəcək dostlardan bir neçəsini dərhal Hindistana göndərmək lazımdır. Bu vəziyyət sürətlə nəzarətdən çıxa bilər”, – Hakkı bildirib.
Fikir verin, Hindistan dünyada ən çox əhalisi olan ölkədir.
Bəli, baxaq görək, bir müddət sonra nə olacaq?
“Unutma! Dindən istifadə edənlər bütün müharibələri başladanlardır. Onlar bəşəriyyətin əzəli düşmənləridir”, – deyə o qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az

İnəyə sitayiş edənin sərsəmləməsinə baxın da! Onun bu açıqlaması təəccüb doğurmur. Bu gün dünya müsəlmanları terror dövləti İsrailin başına qapaz vurub yerinə oturda bilməyəndə və Qüdsü qoruya bilməyəndə, bunun kimi Hindistanın hansısa tin-bucağında doğulub törəyən “din adamları” da belə gic-gic danışacaqlar.
Müsəlmanlar nə qədər özlərini zəif göstərirlərki hər başı boş ağzına gələni danışır. Yoxsa Biz müsəlmanlar bu qədər inamsizlasib. Yoxsa Allahın qeyri insanlardan olan gücünü gostərməyini gözləyirik. Mən qorxuram ki Uca Allah qəzəblənsə birinci müsəlmanların başına daş düşəcək.