Hindu millətçiliyi İslama qarşı – Ermənilərə sevginin SİRRİbackend

Hindu millətçiliyi İslama qarşı - Ermənilərə sevginin SİRRİ

İslam Hindistana şimal-qərbdən Hind vadisi bölgəsindən – müasir Pakistandan nüfuz etməyə başladı. Bu ölkədə 16-cı əsrin əvvəlindən 19-cu əsrin birinci üçdə birinə kimi İslamın tam bərqərar olması təxminən 300 il çəkdi. Bu gün əhalinin 14 faizi, demək olar ki, Rusiya əhalisi ilə eynidir – 146 milyon nəfər islam dininə sitayiş edir.

90-cı illərin əvvəllərindən bəri müsəlmanlara qarşı hindu hərəkatının radikallaşması müşahidə olunur.

Bu gün hakim partiya “Bharata Janata Partiyası” (BJP), əslində, hinduların ölkədəki digər etnik qruplardan üstünlüyü haqqında açıq şovinist – millətçi fikirləri təbliğ edən Hindutva radikal Hindu hərəkatını təmsil edir.

Partiya ötən əsrin 90-cı illərində yaranıb və “təmiz” Hindu dövlətinin – “Hindu Raştra”nın – ilkin hindu dövlətinin qurulmasını təbliğ edir.

Partiya öz sahəsində çoxsaylı uğurlara imza atıb, xüsusən də bu təşkilatın fəalları Hindistanın bir sıra bölgələrində məscidlərin sökülməsinə nail olublar. Xüsusilə, ən məşhur fakt Hindistanın Ali Məhkəməsi tərəfindən dəstəklənən Babri məscidinin sökülməsi idi, çünki bu yerdə məscid 16-cı əsrdə tiklimişdi. Müsəlmanlara məscid tikmək üçün başqa yer ayrılıb, lakin ölkə həmin memarlıq abidəsini itirib.

Narendra Modinin partiyasının ritorikası ona əsaslanır ki, müsəlmanlar fəthləri zamanı yüzlərlə hindu məbədini dağıdıb, onların yerində məscidlər tikiblər. Eyni zamanda, partiya rəhbərliyi bu məsələnin tarixi binaların sökülməsini açıq şəkildə qadağan edən Hindistan Konstitusiyası ilə həll olunmasına diqqət yetirmir. Beləliklə, qanunvericilər “məbədlərin müharibəsi” praktikasına son qoymaq istəyirdilər. Amma təcrübədən gördüyümüz kimi, Konstitusiya hindu millətçilərinin liderləri üçün əsas fərman deyil.

Yanvarın 14-də Hindistanın Uttar-Pradeş ştatının Allahabad şəhərində Sultan Şer şahın dövründə XVI əsrdə tikilmiş Şahi məscidi ərazidə avtomobil yolunun genişləndirilməsi zərurəti ilə əlaqədar sökülüb.

Görünür, Hindistan hakimiyyəti öz keçmiş ingilis ağalarının elədiklərini yaddan çıxarıb. Məhz dini fanatizmin və dini nifrətin qızışdırılması sayəsində ingilislər bütün Hindistanı addım-addım ələ keçirə bilmişdilər.

İndi vəziyyət o həddə çatıb ki, Hindistanın ətrafında ölkədə baş verənləri mənfi qiymətləndirən İslam ölkələri halqası formalaşıb və üstəlik, baş verən hadisələr ölkənin kənarındakı ekstremist müsəlman qrupları üçün bir yanacaqdır. Hindistan hakimiyyəti bunu qəsdən edir, ya yox, amma görünən odur ki, bu siyasət ağlabatan görünmür. Hindistanın Ermənistana silah tədarükünü də dini amillərlə bağlayanlar var.

Qeyd edək ki, İslama qarşı təkcə Hindistanda deyil, Avropada da ciddi kampaniya başlayıb.  U baxımdan İsveçdə müqəddəs Quran kitabının yandırılması müsəlman dünyasına qarşı yeni fitnə-fəsadlardan xəbər verir.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*