“Hizbullah” qruplaşması İrandan neft məhsulları tədarük etməklə Livanın yanacaq böhranından çıxmasına kömək edəcəyini bildirib.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Hizbullah” lideri Şeyx Həsən Nəsrullah “Al Mayadeen” televiziya kanalında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, İran tankerləri Livan sahillərinə üzməyə hazırlaşır. Nəsrullah bildirib ki, “Hizbullah” nə Livan dövlətini, nə də neft şirkətlərini əvəz etməyə çalışmır:
“Biz heç kimlə rəqabət aparmırıq, məqsədimiz yalnız şiələrə deyil, bütün Livan bölgələrinə, bütün icmalara və əhali qruplarına kömək etməkdir.”
Qeyd edək ki, neft məhsulları daşıyan “Hizbullah”a aid ilk tanker 19 avqusta Livana yollanıb.
