“Hizbullah” liderinin nəvəsi öldürüldübackend

"Hizbullah" liderinin nəvəsi öldürüldü

Martın 2-də İsrail ordusunun Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində radikal şiə “Hizbullah” hərəkatının 6 yaraqlısı məhv edilib.

KONKRET.az xəbər verir ki, onların arasında təşkilatın lideri Nəsrullahın nəvəsi Abbas Əhməd Xəlil də var.

Yanvarın 8-də İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində “Hizbullah”ın yüksək rütbəli komandiri Visam əl-Tavil də öldürülüb. O, Nəsrullahın qaynı idi.

Bundan əlavə, yanvarın 24-də ABŞ-ın İraqda 3 hədəfə endirdiyi aviazərbələr nəticəsində məhv edilənlərdən biri də Nəsrullahın kürəkəni olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*