Livanın “Hizbullah” qruplaşmasının İranın dini şəhəri olan Məşhəddə “ailəvi” konsert verəcəyi barədə xəbərlər yayılıb.
KONKRET.az xəbər verir ki, bu xəbər sosial şəbəkələrdə iranlı istifadəçilər tərəfindən ciddi narazılıqla qarşılanıb.
Onlar bildiriblər ki, terror qruplaşmasına Məşhəddə konsert təşkil etməyə icazə verilir. Lakin İran Mədəniyyət Nazirliyindən icazə alaraq bu şəhərdə konsert vermək istəyən iranlı musiqi qruplarına isə dolayısı ilə Məşhədin dini şəhər olmasını əsas gətirərək icazə verilməməsini tənqid ediblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
