“Ölkəni idarə edən “banda” hökumətinin Milli Məclisdə təqdim olunan beş illik proqramını öyrənirəm. Proqramın xeyli qüsuru var”.
KONKRET.az xəbər verir ki, bu barədə siyasətçi Armen Aşotyan özünün facebook səhifəsində yazıb.
O bildirib:
“Bu, ölkəni son məhvdən xilas edən bir sənəd deyil, dövlətin geridönməz məhvinin tanınmasıdır. Yalnız iki faktı vurğulayacağam:
Hökumət proqramında “Arsax Respublikası” ifadəsi yoxdur. Artsaxın subyektivliyi aradan qaldırılıb və növbəti beş ildə bu sürətlə nəhayət məhv olacaq.Hökumət son Arsax (Qarabağ-red) müharibəsində günahkar olan Azərbaycan və Türkiyəni beynəlxalq məsuliyyətə cəlb etməyi planlaşdırmır. Şübhə yoxdur ki, müharibənin şərtləri, insanlığa qarşı cinayətlər, işgəncə və əsirlərin öldürülməsi beynəlxalq istintaq mexanizmlərindən istifadə edilməklə öyrənilməlidir, baxmayaraq ki, bizim səylərimizlə yaradılan münbit zəmin də var – Avropa Parlamentinin rəsmi hesabatları, beynəlxalq insan haqları QHT-lərinin qiymətləndirmələri və s”.
Aşotyan yazır ki, bu proqramın müəllifləri erməni xalqı adından türkləri “bağışlayır”.
Natiq Səlim,
KONKRET.az
