Hollivud ulduzu öz “Oskar”ını Zelenskiyə hədiyyə etdi – FOTObackend

Hollivud ulduzu öz “Oskar”ını Zelenskiyə hədiyyə etdi - FOTO

Amerikalı aktyor və kinorejissor Şon Penn Ukrayna Prezidenti Volodimir Zelenskiyə “Oskar” heykəlciyini hədiyyə edib.

KONKRET.az xəbər verir ki, aktyor öz mükafatını Ukrayna prezidentinin qəbulu zamanı təqdim edib.

Penn bildirib ki, mükafat ölkənin qələbəsinə inam simvolu olaraq müharibənin sonuna qədər Ukraynada qalacaq.

Zelenski isə dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində mühüm şəxsi xidmətlərinə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, ölkənin dünyada tanınmasında töhfəsinə görə aktyoru 3-cü dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edib.

Qeyd edək Şon Penn ən yaxşı kişi roluna görə bir neçə dəfə “Oskar” alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*