Hulusi Akar: “İsveç müdafiə nazirinin səfərini ləğv etdik”backend

Hulusi Akar: "İsveç müdafiə nazirinin səfərini ləğv etdik"

Ankara İsveçin müdafiə naziri Pol Yonsonun yanvarın 27-nə planlaşdırılan səfərini Stokholmda Türkiyə əleyhinə etirazlar səbəbindən ləğv edib.

KONKRET.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar məlumat verib:

“İndiki məqamda İsveç müdafiə naziri Yonsonun yanvarın 27-də Türkiyəyə gəlməsi mənasızdır. Ona görə də səfəri ləğv etdik”.

Akar həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün ölkələr arasında bağlanan memorandumun şərtlərinin yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, dünən İsveçin Ankaradakı səfiri PKK terror təşkilatının tərəfdarlarının yanvarın 21-nə Stokholmda keçirilməsi planlaşdırılan nümayişi ilə əlaqədar Türkiyə XİN-ə çağırılıb.

Yanvarın 16-da Prezident Ərdoğan xəbərdarlıq edib ki, İsveç PKK-ya qarşı tədbir görməsə, Ankaranın Stokholmla münasibətləri gərginləşə bilər.

Türkiyə Prezidenti əlavə edib ki, PKK təkcə İsveçdə deyil, Finlandiya, Almaniya, Fransa və Britaniyada da aksiyalar keçirir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*