Hulusi Akar koronavirusa yoluxdubackend

Hulusi Akar koronavirusa yoluxdu

Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.

Bu barədə KONKRET.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Mənim COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır və lazımi tədbirləri görərək işimizi davam etdiririk”, – nazir bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*