Hulusi Akar Ukraynada hərbi əməliyyatlarla bağlı yayılan xəbərləri FEYK adlandırdıbackend

Hulusi Akar Ukraynada hərbi əməliyyatlarla bağlı yayılan xəbərləri FEYK adlandırdı

Ukraynada hərbi əməliyyatla bağlı mətbuatda yayılan xəbərlərə ehtiyatla yanaşmaq lazımdır, çünki onların bəziləri dezinformasiyadır.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Orada hərbi aktivlik və bunun da müəyyən nəticələri var. Bu barədə mətbuatda bəzi məlumatlar yerləşdirilib, onlara çox diqqətlə yanaşmaq lazımdır. Çünki söhbət dezinformasiyadan, saxta xəbərlərdən gedir. Bu baxımdan, bir sıra arzuolunmaz vəziyyətlərin ortaya çıxmasının qarşısını almaq lazımdır”.

TASS türkiyəli nazirdən sitat gətirib.

Akar Münhen Təhlükəsizlik Konfransında Montrö Konvensiyası ətrafında yaranmış vəziyyətə münasibət bildirib:

“Biz konvensiyanın müddəalarının bütün tərəflər üçün faydalı olduğunu bildirdik. Qara dəniz sahilindəki ölkələrin təhlükəsiz və rahat şəraitdə yaşamalarını səmimi qəlbdən arzu edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*