Husilər dünyanı internetsiz qoyacaqları ilə hədələdibackend

Husilər dünyanı internetsiz qoyacaqları ilə hədələdi

Yəmən telekommunikasiya şirkətləri xəbərdarlıq edir ki, husilər Qırmızı dənizdə Qərb internet kabellərinə qarşı təxribat törədə bilərlər. Yəmənin tanınmamış hökuməti və telekommunikasiya şirkətləri rəqəmsal infrastrukturun təhlükə altında olduğunu, bəzi sualtı kabellərin dəniz səthinin cəmi 100 metr altından keçdiyini bildirir.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Xəbərdarlıq Husilərlə əlaqəli Telegram kanalında verilib. Həmin kanalda Qırmızı dənizin altından keçən kabellərin xəritəsi də dərc edilib: “Dəniz boyunca dünyanın hər bir bölgəsini birləşdirən beynəlxalq kabellərin xəritələri var. Yəmən strateji bir yerdədir, çünki Yəməndən təkcə ölkələri deyil, bütün qitələri birləşdirən internet xətləri keçir”.

Yəmənin Ümumi Telekommunikasiya Korporasiyası verdiyi açıqlamada Husilərin beynəlxalq sualtı kabellərə hücum təhdidlərini pisləyib. Qurum xəbərdarlıq edib ki, çox vaxt şlanqdan daha qalın olmayan və gəmi lövbərləri və zəlzələlər nəticəsində zədələnməyə məruz qalan bu sualtı kabellərdən 16-sı Qırmızı dənizdən Misirə doğru keçir. Ən strateji yollardan biri Cənub-Şərqi Asiyadan Qırmızı dəniz vasitəsilə Avropaya uzanan 25.000 km (15.500 mil) Asiya-Afrika-Avropa AE-1 marşrutudur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*