İbrahim Avropa çempionu oldu, Tunar bürünc medal qazandıbackend

İbrahim Avropa çempionu oldu, Tunar bürünc medal qazandı

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatı sona çatıb.

KONKRET.az xəbər verir ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə millimiz 2 medal qazanıb.

Tunar Həsənov (45 kq) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabıyla qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub. pizza mizza

İbrahim Həsənov (51 kq) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elgün Kərimli (92 kq) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.

Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*