

Konkret.az-ın Qazaxıstan bürosu xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində icazəli mitinq keçirilir. “Sarı Arka” kinoteatrının arxasındakı meydanda keçirilən mitinqə 200 nəfər qatılıb. Mitinqin təşkilatçısı aktivist Alnur İlyasevdir. Tam sakit şəraitdə keçirilən piketdə vurğulanıb ki, iş yerlərində yerli və əcnəbi işçilər üçün ödənişlər qeyri-bərabərdir. Çıxışlarda səsləndirilib ki, bu sahədə yeni qanun hazırlanmalıdır. Həmkarlar İttifaqları qanunun hazırlanmasında yaxından iştirak etməlidir. Almatıda on minlərlə əcnəbi işləyir. Ona görə də yerli və əcnəbilər qəbul ediləcək qanunda işçilərin hüquq və vəzifələri, əmək haqları, yerli işçilərin əcnəbilərə nisbətdə maaşlarının çox olması tənizmlənsin. “Əmək haqlarında bərabərsizlik müşahidə olunur. Biz öz torpaqlarımızda kölə olmamamlıyıq”
