İcra başçısının müavinləri tutulub? – RƏSMİ AÇIQLAMAbackend

İcra başçısının müavinləri tutulub? - RƏSMİ AÇIQLAMA

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Abşeron Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirməsi barədə məlumat yayılıb.

Qeyd olunub ki, əməliyyat zamanı RİH-in başçısı İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb.

KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:

“İcra başçısının müavinləri hazırda işlərinin başındadır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*