İcra başçısının oğlu ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMAbackend

İcra başçısının oğlu ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Baş Prokurorluq Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun oğlu Pərvin Fərəcovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır.

Qeyd edək ki, bu gün mediada yayılan məlumatda Pərvin Fərəcovun Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru vəzifəsinə təyin olunduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*