İcra başçısının səs yazısına RƏSMİ münasibətbackend

İcra başçısının səs yazısına RƏSMİ münasibət

KONKRET.az xatırladır ki, Daşkəndin meri Cahangir Artıxocayevin jurnalistlərə ünvanladığı və sosial şəbəkələrdə rezonans doğurduğu səs yazısı internetdə yayılıb.

Ölkənin İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi Cahangir Artıxocayevin məlum çıxışına münasibət bildirib:

“Son bir neçə saat ərzində bir çox həmvətənimiz, jurnalist və bloger həmkarımız Daşkənd valisi Cahangir Artıxocayevin səs yazısına münasibət bildirməyimizi istədi.

Bildiririk ki, vəziyyətdən xəbərdarıq və müvafiq tədbirlər görülür. Toplanmış bütün məlumatlar əsasında Ədliyyə Nazirliyinə və Özbəkistan Baş Prokuroruna müraciət göndərildi.

Əminik ki, ölkədə qanunçuluğun təmin olunmasına və vətəndaşların hüquqlarının qorunmasına cavabdeh olan dövlət qurumları bu məsələyə lazımi hüquqi qiymət verəcəklər.

Jurnalistlərdən və blogerlərdən xahiş edirik ki, hüquqi qiymət verilməyincə emosiyalara qapılmasınlar və tələsik qərar verməsinlər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Xüsusilə vurğulamaq istərdik ki, dördüncü hakimiyyət haqqında kimin nə dediyindən asılı olmayaraq, bu cür fikirlər son dərəcə xoşagəlməz haldır və üstündən səssizcə keçmək mümkün deyil. Bu, dövlət siyasətində və cəmiyyətdə qurulan qaydalara birbaşa ziddir.

Biz mövqeyimizi qətiyyətlə yerinə yetiririk – ölkəmizdəki bütün jurnalistlər və blogerlər agentliyimiz tərəfindən qorunur. Onların hüquqları pozularsa, müvafiq tədbirlər görüləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*