İctimai çimərliklər tullantı poliqonunu xatırladır – əməkdaşımız gördüklərindən dəhşətə gəlib – VİDEO – FOTOLARbackend

İctimai çimərliklər tullantı poliqonunu xatırladır - əməkdaşımız gördüklərindən dəhşətə gəlib – VİDEO - FOTOLAR

Son dövrlər sosial şəbəkələrdə, xəbər saytlarında bir sıra neqativliklər artıq trend ola biləcək həddə çatmışdı. Kimisi çimərliklərin hasarlanmasından, kimisi girişin pullu olmasından haqlı olaraq nigaranlıqlarını bildirirdilər. Həqiqətən haqlı irad və tənqidlər barəsində ölçü götürülməlidir. Bütün bunlardan sonra ictimai çimərliklər yarandı. Mən də bir vətəndaş kimi o çimərlikdə oldum, yaradılan şəraitin və həqiqətən ictimaiyyətə açıq olmasının şahidi oldum. Bəli… Bütün dövrlər üçün xalqımıza xas olan biganəlik, laqeydlik çimərlikdə görduklərimlə tam üst-üstə düşdü. Deməli, zibil qutularının bir neçə metrlik məsafədə olmasına baxmayaraq, yeni salınmış ictimai çimərlik tullantı poliqonunu xatırladır. Deməli, insanlarımız arasında ictimai qınaq yox dərəcəsindədir. Biz çox vaxt Avropa dəyərlərindən danışırıq, ancaq bu dəyəri satın almaq olmur. Çunki bu təfəkkürlə əlaqəli məsələdir. Yəni dəyişiklik, inqilab beyinlərdən başlamalıdır ki, ictimai yerləri zibilləyən zehniyyət yox olsun.

Elman ŞİRMƏMMƏDOV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*