II Elizabetin bu məktubu 2085-ci ilə qədər AÇILMAYACAQbackend

II Elizabetin bu məktubu 2085-ci ilə qədər AÇILMAYACAQ

Kraliça II Elizabetin Avstraliyada yazdığı və 2085-ci ildə açılmasını istədiyi bir məktubu olduğu məlum olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kraliçanın 1986-cı ildə Avstraliyanın Sidney şəhərində yazdığı məktub ölümündən sonra gündəm olub.

Bildirilir ki, II Elizabetin Sidneydəki Kraliça Viktoriya binasının bərpasını qeyd etmək üçün yazdığı məktub 2085-ci ilə qədər açılmayacaq.

O, məktubu Sidney merinə göndərib.

“Sidneyin ədalətli və möhtərəm merinə” xitabı ilə başlayan məxfi məktubda “2085-ci ildə sizin tərəfinizdən seçiləcək uyğun bir gündə xahiş edirəm bu zərfi açıb mesajımı Sidney vətəndaşlarına çatdırasınız” sözləri yazılıb.

Qeyd edək ki, Kraliça II Elizabet 70 il taxtda oturduqdan sonra 96 ​​yaşında Balmoral qəsrində vəfat edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*