İker Kasilyas karyerasını bitirdibackend

İker Kasilyas karyerasını bitirdi

“Portu”nun qapıçısı İker Kasilyas karyerasını bitirib.

KONKRET.az-ın məlumatına görə, bunu Portuqaliya təmsilçisinin prezidenti Jorje Nunu Pinto deyib.

Klub rəhbəri bildirib ki, əfsanəvi qolkiper tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək. 39 yaşlı ispaniyalı bundan sonra bütün diqqətini İspaniya Futbol Federasiyasının prezidentliyi məsələsinə yönəldəcək. Çünki milli komandanın sabiq üzvü prezidentliyə namizədliyini rəsmən təqdim edib.

Qeyd edək ki, ötən ilin mayında infarkt keçirən İker Kasilyas həmin vaxtdan yaşıl meydanlara çıxmır.

Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*